Hər kəs həm komanda, həm də Azərbaycan barədə yaxşı sözlər dedi
“Qəbələ”nin yeni transferi Eduardo Kunde klubun mətbuat xidmətinə açıqlama verib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi “Sumqayıt”la yoxlama oyunundan (2:2) sonra fikirlərini bölüşüb:
“İlkin təssüratım çox yaxşıdır. Həm komanda yoldaşlarım, həm məşqçilər heyəti, həm də klubun işçiləri məni isti qarşıladılar. Dünən yoxlama oyununda az da olsa, şans qazandım. Komandaya adaptasiya olmağa çalışıram. Hələ təlim-məşq toplanışı başa çatmadığı üçün uyğunlaşmaq baxımından vaxtımın olduğunu düşünürəm. Ümid edirəm ki, tezliklə çempionatda oynamağa hazır olacam”.