00:00:00
Yazar
Admin User
26.08.2025 13:45 100 1 dəq oxuma
Siyasət

Hərbçilərimiz Türkiyədə komando kursunda...

Hərbçilərimiz Türkiyədə komando kursunda...

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularından ibarət növbəti heyət “Dağ komando kursu”nda iştirak etmək üçün Türkiyənin İsparta şəhərinə yola düşüb.

 

Bu barədə "İnformator.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçiriləcək kursda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitdə müasir döyüşaparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədiləcək.

 

Qeyd edək ki, keçirilən kursun əsas məqsədi komando bölmələrinin döyüş vərdişlərinin artırılması və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər