00:00:00
Yazar
Admin User
29.08.2025 05:40 96 2 dəq oxuma
Dünya

Hərbi cinayət və açıq soyqırım etirafı

Hərbi cinayət və açıq soyqırım etirafı

 Fələstin Azadlıq Təşkilatının (FAT) Milli Şurasının sədri Ruhi Fettuh, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriçin Qəzzaya qarşı elektrik, su və ərzağın kəsilməsi çağırışını "hərbi cinayət və açıq soyqırım etirafı" adlandırıb.

 

Fettuh yazılı açıqlamasında bildirib ki, “Smotriçin sözləri işğalçı hökumətin həyata keçirdiyi soyqırım və etnik təmizləmə siyasətinin açıq etirafıdır. Bu isə beynəlxalq hüquqa, Cenevrə Konvensiyalarına və Roma Statutuna görə hərbi cinayət hesab olunur.”

 

Fettuh qeyd edib ki, İsrail hökumətində səsləndirilən bu fikirlər artıq yalnız radikal baxış olmaqdan çıxaraq, son iki ildə blokada, yardım mərkəzlərinin hədəfə alınması, infrastrukturun məhv edilməsi, zorla köçürmə cəhdləri və işğal altındakı İordan çayının Qərb sahilindəki qəsbkar israillilərin hücumlarına verilən dəstək kimi tədbirlərlə faktiki siyasətə çevrilib.


O, açıqlamasında Birləşmiş Millətlər Təşkilatını və Təhlükəsizlik Şurasını “hüquqi və siyasi məsuliyyətlərini üzərinə götürməyə” dəvət edərək, həmçinin İsrail ordusunun Qəzza şəhərini işğal planlarına diqqət çəkib və “mülki şəxslərə qarşı yeni qətliamların törədilə biləcəyi” barədə xəbərdarlıq edib.


Fettuh beynəlxalq ictimaiyyəti “dərhal hərəkətə keçməyə, İsrailin cinayətkar siyasətlərini dayandırmağa, İsrailli liderlərə sanksiya tətbiq etməyə və Fələstin xalqına təcili beynəlxalq müdafiə təmin etməyə” çağırıb.

 

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç isə Qəzzanın şimalını Həmas döyüşçülərinin “aclıqdan və susuzluqdan öləcəyi bir müharibə bölgəsinə” çevirmə planını açıqlamışdı.


İsrailin 7 oktyabr 2023-dən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda ən azı 62 min 966 fələstinli həlak olub, 159 min 266 nəfər isə yaralanıb.

 

Haber Global

Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər