00:00:00
Yazar
Admin User
31.07.2023 13:47 305 2 dəq oxuma
Dünya

Hərbi maşınlarda yeni dövr - Pələng Hibrid

Hərbi maşınlarda yeni dövr - Pələng Hibrid

Türkiyənin ən böyük müdafiə sənayesi sərgisi olan "IDEF"də ölkənin təkərli və paletli zirehli avtomobil istehsalçılarından biri olan "FNSS" də bir çox yeni məhsulunu nümayişə çıxarıb. Ən çox diqqət çəkəni isə "Kölgə Süvari" seriyasının yeni üzvü "Pələng Hibrid" zirehli texnikası olub.


Daha əvvəl bir neçə versiyası təqdim olunan və inkişaf etdirilən "FNSS" şirkətinin Kölgə Süvari zirehli texnikaları süni intellektlə təchiz edilib. Bu intellekt sayəsində uzaqdan idarəetmə və avtonom hərəkət qabiliyyəti ilə kəşfiyyat və müşahidə, logistik dəstək, taktiki aldatma, istehkam kəşfiyyatı, xüsusi atəş dəstəyi kimi bir çox xüsusiyyəti bir texnikada yerinə yetirmək mümkündür. Üstəlik Kölgə Süvari zirehli texnikaları patrul, təqib və bazaya qayıdış kimi müxtəlif avtonom sürmə rejimlərinə də malikdir. Son olaraq isə "FNSS" hibrid motor texnologiyasından istifadə edərək yeni "Pələng Hibrid" zirehli texnikasını nümayiş etdirib.


Hibrid idarəetmə sisteminin təmin etdiyi ən mühüm xüsusiyyət texnikanın səssiz işləmə rejimidir. Serial hibrid konfiqurasiyası dizel mühərrikinin işləməsi və ya kəşfiyyat və rabitə üçün bort sistemlərinin işləməsinə ehtiyac olmadan tək batareya gücü ilə demək olar ki, səssiz sürməyə imkan verir. Bu səssiz işləmə xüsusiyyəti avtomobilin akustik və termal imzasını xeyli azaldacaq və avtomobilin aşkarlanmasını çətinləşdirəcək. Bundan əlavə yeni hibrid sürücü sistemində istifadə olunan elektrik mühərrikləri 95%-dən çox səmərəliliklə işləyə bilir. Dizel generatorunun səmərəli işləməsi və həmçinin akkumulyatorlarda enerjinin saxlanması sayəsində enerji səmərəliliyi daha da artır və daha uzun sürmə məsafəsi əldə edilə bilər.


Türk ekspertlərin fikrincə, dünyada "Pələng Hibrid"-in rəqibi sayıla biləcək yeganə zirehli texnikalar yalnız Birləşmiş Ştatlardadır. Bununla belə yanacaq səmərəliliyi, ballistik müdafiə, ən müasir süni intellekt kimi bir çox yeni xüsusiyyətə malik "Pələng Hibrid" ABŞ-ə məxsus sözügedən texnikalardan dəfələrlə öndədir. Təqdim etdiyi geniş xüsusiyyətləri ilə hibrid motorlara sahib yeni zirehli texnikalar hərbi maşınlarda yeni dövr açacaq.


Cavid

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər