Hərbi parad bu il təhlükəsizlik səbəbi ilə ləğv edilib
Dövlət televiziyasına bağlı yayımlanan Gənc Jurnalistlər Klubuna danışan bir İnqilab Keşikçiləri Ordusu komandanı bildirib ki, silahlı qüvvələrin hərbi paradı bu il keçirilməyəcək.
Komandan qərarın təhlükəsizlik səbəblərinə görə alındığını vurğulayıb:
“Hər il Müqəddəs Müdafiə Həftəsinin ilk günündə silahlı qüvvələrin hərbi paradını keçirirdik. Lakin bu il meydana çıxan təhdidlər səbəbilə kütləvi tədbirlərdən çəkinərək hazırlıqların ölkə müdafiəsinə yönəldilməsinə qərar verilib”. – deyə o, açıqlama verib.
İranda 1980-ci ildə başlayan İran-İraq müharibəsinin ildönümü olan 22 sentyabrda bir həftə boyunca “Müdafiə Həftəsi” çərçivəsində tədbirlər, proqramlar və hərbi paradlar təşkil olunur.
Aişə Mustafayeva
TRT Haber