00:00:00
Yazar
Admin User
22.08.2025 10:10 91 1 dəq oxuma
Dünya

Həştərxanda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 23-cü iclası keçirilir

Həştərxanda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 23-cü iclası keçirilir

 

Rusiyanın Həştərxan şəhərində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilir.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.


İclasdan əvvəl Azərbaycan nümayəndə heyətinin üzvləri Ulu Öndər Heydər Əliyevin “Naberejnaya Privoljski” küçəsində yerləşən abidəsi önünə gül dəstələri qoyublar.

 

Mərasimdə hökumətlərarası komissiyanın Rusiya tərəfindən həmsədri, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov iştirak ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər