00:00:00
Yazar
Admin User
13.02.2024 08:45 361 1 dəq oxuma
Dünya

“Huawei” ofislərinə ani basqın həyata keçirilib

“Huawei” ofislərinə ani basqın həyata keçirilib

“Huawei”nin Fransadakı ofislərində eyni vaxtda reydlər keçirilib.  Şirkətin yüksək vəzifəli şəxsləri Fransa təhlükəsizlik qüvvələri ilə qeyd-şərtsiz əməkdaşlıq edəcəklərini açıqlayıblar.  Müəyyən edilib ki, reydlərə səbəb şirkət daxilində bəzi maliyyə korrupsiyası və “qohumbazlıq” fəaliyyəti ilə bağlı iddialar olub.  Ancaq indiyədək sübuta yetirilən hər hansı bir cinayət yoxdur.

 

2020-ci ildə  “Huawei”  Fransada simsiz qoşulma avadanlığı istehsal edəcək, 200 milyon avroya başa gələn zavodun tikintisinə başlayıb.  Bu fabrikin ildə təxminən 1 milyard avro istehsal edəcəyi gözlənilir. Bununla belə, bir çox Avropa ölkəsi “Huawei”nin 5G qoşulma şəbəkələrini  qeyri-müəyyən müddətə məhdudlaşdırıb.  Buna səbəb şirkətin Çin hökuməti ilə sıx əlaqəsi və bu səbəbdən Amerikanın başlatdığı embarqo siyasəti olub.

“Huawei France”nin baş menecerinin müavini Minggang Zhang,  planlarında heç bir dəyişiklik olmadığını və 2025-ci ildə fabriklərini açmağı hədəflədiklərini açıqlayıb. Zhang həmçinin Fransaya hər il 80 milyon avrodan çox sərmayə yatırdıqlarını qeyd edərək, ölkədəki texnologiya sektorunun kifayət qədər dinamik və yenilikçi olduğunu əlavə edib.

 

Əli Məmmədli

 

 

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər