Husilər İsrail paytaxtına balistik raketlə zərbə endiriblər
Yəmənin "Ənsar Allah" qruplaşmasından olan husilər Təl-Əvivdə bir neçə hədəfə hipersəsli balistik raketlə zərbə endiriblər.
"İnformator.az" "Al Masirah" telekanalına istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.
"Yəmən silahlı qüvvələri Təl-Əvivdə bir neçə mühüm hədəfə hücum etmək üçün "Fələstin-2" hipersəsli balistik raketdən istifadə edərək hərbi əməliyyat keçiriblər. Əməliyyat məqsədilərinə uğurla nail olunub", - husilərin nümayəndəsi deyib.