Husilər İsrail tankerinə raket zərbəsi endirib
Husilər Qırmızı dənizdə İsrailin neft tankerinə raket hücumu ediblər.
"İnformator.az" xəbər verir ki, bunu husilərin nümayəndəsi Yəhya Səriya deyib.
“Qırmızı dənizin şimalında İsrailin neft tankerinə ballistik raket zərbəsi endirdik”, - Səriya bildirib.