Husilər İsrailin bir neçə şəhərinə PUA-larla hücum edib
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı (husilər) pilotsuz uçuş aparatlarından istifadə etməklə İsrailin Təl-Əviv, Aşkelon, Aşdod və Eylat şəhərlərində müxtəlif hədəflərə hücum edib.
Qeyd edək ki, husilər fələstinlilərlə həmrəy olaraq İsrailə pilotsuz təyyarələr və ballistik raketlərlə hücumlar edirlər.
Mövzu ilə bağlı politoloq Zaur Məmmədov "informator.az" açıklamasında bildirib ki, bugün dünya da müharibələr təkcə dövlətlər arasında getmir, eyni zamanda proksi qruplar arasında da gedir:
“Elə bu proksi qruplar əslində qərb ölkələr özləri hərbi birləşmələr yaradıblar. Və məqsəd də həmin o hərbiləşmələr vasitəsilə bu və ya digər dövlətlərə təsir etmək, orada siyası hakimiyyətə təzyiq etmək və öz malları üçün istifadə etməkdən ibaret idi. Bu gün İsrail ilə qarşı bir neçə cəbhə də proksi qruplar mübarizə aparır. Onlardan biri də Yəməndir. Yəməndə ki bu demək İran meyilli və ya digər ölkələrə aid olan yaxınlığı ilə seçilən qruplar mütəmadi olaraq İsrayila qarşı raket hücumları edib düzdü onların raketləri o qədər dəqiq və geniş belə deyək spektorlu olmasa da öz-özü ilə də bu təchiz vasitəsidir ve eyni zamanda onuda qeyd etmək lazımdı ki, artıq bir neçə ildir ki beşillikdir ki bu istiqamət də bu üsullardan istifadə edilir. İsrailin əsas məqsədi bəllidir. Netanyahu İsrail ərazisini genişləndirmək və nəticə də Qəzada söz sahibi olmak isteyir eyni zamanda ümumiyətlə İsrailin coğrafiyası ilə bağlı, siyasi fəlsəfəsi ilə bağlı, tarix adımla atmaq istəyi belə olduq da əlbəttə ki İsrailin özünə də ona qarşı mübarizə aparanların mübarizə var. Onlara qarşı daha geniş coğrafiya da daha geniş cəbhələrdə müharibəyə haqq qazandırılmış olur. Yaxın şərq müharibələrin dayandırılmadığı daim hərbi münaqişələr davam etdiyi artıq uzun müddətdir ki bir dünyanın epsintlerinin biridir, hazırda böyük Avrasiyada xəritələrin şəkilləndirilməsi gedir”.
Nuranə Mərdiyeva