00:00:00
Yazar
Admin User
06.04.2025 11:54 260 1 dəq oxuma
Dünya

Husilərdən Qırmızı dənizdə ABŞ aviadaşıyıcısına hücum

Husilərdən Qırmızı dənizdə ABŞ aviadaşıyıcısına hücum

 

Yəməndəki Husi üsyançıları Qırmızı dənizin şimal hissəsində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Harry Truman” aviadaşıyıcısına və onu müşayiət edən digər döyüş gəmilərinə hücum həyata keçiriblər.

 

Üsyançıların nümayəndəsi Yəhya Sarea “Al Masirah” telekanalında verdiyi açıqlamada bildirib ki, hücumlar raket qoşunları və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib. Onun sözlərinə görə, bir neçə saat davam edən əməliyyat zamanı qanadlı raketlər və PUA-lardan istifadə olunub.

 

Sarea həmçinin əlavə edib ki, bu zərbələr ABŞ-nin Yəmənin husilərin nəzarətində olan ərazilərinə yönəlmiş hücumlarının qarşısını almaq məqsədi daşıyıb.

 

Hazırda ABŞ tərəfi hücumla bağlı rəsmi açıqlama verməyib.

 

TASS

Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər