00:00:00
Yazar
Admin User
04.03.2024 18:59 298 1 dəq oxuma
Dünya

Həvsəl Bağlarında yarım saatda 1 tır dolusu zibil yığıldı

Həvsəl Bağlarında yarım saatda 1 tır dolusu zibil yığıldı

Diyarbəkirdə 60 nəfər Həvsəl Bağlarında yarım saatda 1 tır dolusu zibil yığdı.

 

İcma sözçüsü Mehmet Deniz, heç bir dərnək və ya qurumla əlaqəsi olmadan təmizliyi həyata keçirdiklərini bildirib:

 

"YUNESKO-nun Mədəni İrs Siyahısında olan Həvsəl bağlarımız çirklənir. Biz bunu sosial məsuliyyətimizə görə qoruyuruq və bu mədəniyyəti gələcək nəsillərə ötürməyə çalışırıq. Diyarbəkirdə bir çox peşə sahiblərinin qurduğu Diyarbakır İctimai Fəaliyyət Cəmiyyətinin üzvləri YUNESKO-nun Mədəni İrs Siyahısına düşən Həvsəl bağlarında ətrafı təmizləyiblər. Dostlarımızla tamamilə könüllü olaraq bir yerdəyik. Məqsədimiz təbiət və mədəniyyətlə birləşmək, bir yerdə olmaqdır. Bizim möhtəşəm mədəniyyətimiz, təbiətimiz, tariximiz var. Bunu qorumaq bizim ən böyük borcumuzdur və biz bunu könüllülük əsasında edirik. Biz heç bir dərnək, təşkilat və ya rəsmi qurum deyilik. Pulsuz tədbirlər təşkil etməklə təbiətimizi, mədəniyyətimizi qoruyuruq".

 

Aytac Kərimova 

Mənbə: Habertürk

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər