"Həyat keçmişlə gələcəyin birləşdiyi bir səyahətdir"
Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, "Həyat keçmişlə gələcəyin bir araya gəldiyi bir səyahətdir. Gənclərimizin həyəcanı böyüklərimizin təcrübəsi ilə qovuşduqda, cəmiyyətlər öz əsl gücünü tapır" , - deyib.
Əminə Ərdoğan 1 oktyabr Beynəlxalq Ahıllar Günü ilə bağlı sosial şəbəkədə bunları paylaşıb:
"Həyat keçmişlə gələcəyin qovuşduğu səyahətdir. Gənclərimizin həyəcanı böyüklərimizin təcrübəsi ilə qovuşduqda cəmiyyətlər öz həqiqi gücünü tapır. Onların təlimləri ilə köklərimiz dərinləşir, duaları ilə gələcəyimiz işıqlanır. Beynəlxalq Ahıllar Günü münasibəti ilə bütün ağsaqqallarımıza cansağlığı, əmin-amanlıq və xoşbəxtlik dolu həyat arzulayıram".
TRT XƏBƏR
Nəzrin Nəsirova