Həyatını itirənlərin sayı 800-ü keçib
Əfqanıstanda baş vermiş 6,0 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 800-ü keçib, 1555 nəfər isə yaralanıb. Rəsmilər ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq ediblər. Zəlzələ Pakistanın paytaxtı İslamabadda da hiss olunub.
Mücahid, “Həyatları xilas etmək üçün mövcud olan bütün imkanlar səfərbər ediləcək”, – deyə bildirib. Yerli rəsmilər bunun ölkəni vurmuş ən güclü zəlzələlərdən biri olduğunu qeyd ediblər. Bundan əlavə, bölgədə biri 5,2 bal gücündə olmaqla, ən azı 2 təkrar təkan qeydə alınıb.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) Əfqanıstanın Pakistan sərhədi yaxınlığında, Cəlalabadın 27 kilometr şimal-şərqində, yerin 8 kilometr dərinliyində 6 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Haberler.com
Aygün Babayeva