İBB istintaqında Avcılar və Beşiktaş Bələdiyyələrinə əməliyyat
İstanbul Respublika Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə dair istintaqı çərçivəsində 3 sentyabrda Avcılar və Beşiktaş bələdiyyələrinə əməliyyat keçirilib. Əməliyyat zamanı Avcılar Bələdiyyəsinin Mədəniyyət və İncəsənət Şöbə müdiri Hüseyn İnan və Nəqliyyat Xidmətləri Müdiri Murad İpşir də daxil olmaqla yeddi nəfər saxlanılıb.
Baş Prokurorluq əməliyyatın "Aziz İhsan Aktaş cinayət təşkilatının" tender prosesləri ilə bağlı olduğunu açıqlayıb. CHP-li Avcılar Bələdiyyə Başçısı Utku Caner Çaykara barəsində isə İBB istintaqının beşinci dalğasında həbs qərarı çıxarılıb.
BBC News
Zəhra Möhübbətova