00:00:00
Yazar
Admin User
09.10.2025 16:53 103 1 dəq oxuma
Siyasət

İcazə verməyəcəm ki, Çexiya NATO-nu tərk etsin

İcazə verməyəcəm ki, Çexiya NATO-nu tərk etsin

Mən ölkənin baş naziri kimi xarici və müdafiə siyasətimizin qarantı olacağam. Bizim bu məsələlərlə bağlı oriyentasiyamız aydındır.


Bu barədə Çexiyanın yenidən baş nazirliyinə namizəd olan Andrey Babiş deyib.


O bildirib ki, ölkənin NATO və Avropa Birliyindən çıxmasına icazə verməyəcək.


Qeyd edək ki, Çexiyada keçirilən parlament seçkilərində Babişin partiyası qalib gəlib.


Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, Çexiya Avropa İttifaqının və NATO-nun əsas üzvlərindən biridir və bu baxımdan ölkənin xarici siyasətində yaxın gələcəkdə ciddi dəyişikliklərin olacağını düşünmürəm:


“Yəni, hansısa dalğalanmaların baş verməsi ehtimalı azdır.Çexiyanın NATO-dan çıxması və ya NATO-nun dağılması məsələsi hazırda gündəmdədir. Rusiya–Ukrayna müharibəsi fonunda yaranan fikirlər NATO daxilində də müəyyən parçalanmaların mövcud olduğunu göstərir.


Məsələn, Türkiyənin ABŞ-lə, yaxud ABŞ-nin Fransa və Almaniya ilə bir sıra məsələlərdə fikir ayrılıqları mövcuddur. Bu baxımdan NATO daxilində fikir müxtəlifliyi və parçalanma ehtimalı daha aktual məsələdir”.


Kənan Novruzov son olaraq qeyd edib ki, Çexiya bu strukturda sadəcə bir həlqə rolunu oynayır:


“Ola bilər ki, gələcəkdə Çexiya da çıxmaq qərarı versin. Ümumilikdə, təəssüf ki, Rusiya və Şərqi Avropada davam edən müharibə NATO-nu daxildən sarsıdır və bu proses Çexiya üçün də müəyyən təsirlər doğuracaq”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər