00:00:00
Yazar
Admin User
03.06.2025 14:22 105 1 dəq oxuma
Dünya

İçindən narkotik çıxan konfetlər Belçikada da bazardan yığışdırılır

İçindən narkotik çıxan konfetlər Belçikada da bazardan yığışdırılır

Niderlandda içindən narkotik maddə çıxan Haribo markalı konfetlərin, Belçikada da ehtiyat tədbiri olaraq bazardan geri çağırıldığı bildirilib.

 

Belçikanın Qida Zəncirinin Təhlükəsizliyi üzrə Federal Agentliyinin (FAVV-AFSCA) sözçüsü Lizbet Van de Voorde, Haribo markalı məhsulların Belçikada bazardan geri çağırılması ilə bağlı yazılı açıqlama verib.

 

Van de Voorde bildirib: “Bu günə qədər istehlakçı əlaqə nöqtəsi vasitəsilə heç bir sağlamlıq problemi ilə bağlı hadisə bildirilməyib". Sözcü bu qərarın profilaktik (ehtiyat məqsədli) olduğunu vurğulayıb və Haribo şirkətinin rəsmi açıqlamasını paylaşıb. Həmin açıqlamada “HAPPY COLA F!ZZ (1000 qram)” adlı məhsulun istehlakçılarda başgicəllənməsi şikayətlərinə səbəb olduğu üçün Niderland və Belçika bazarından yığışdırıldığı bildirilib.

 

Hadisənin yalnızca 3 paketdə müşahidə olunduğu, lakin ehtiyat tədbiri olaraq bütün ehtiyatın geri çağırıldığı qeyd olunub. Açıqlamada həmçinin “digər Haribo məhsullarının təhlükəsiz şəkildə istehlak oluna biləcəyi” bildirilib. Məhsulun kodu "L341-4002307906" olan paketlərə rast gələn istehlakçılara həmin məhsulları istehlak etməmələri tövsiyə edilib.


TRT Haber

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər