00:00:00
Yazar
Aysel Mirzəyeva
08.05.2026 20:52 32 2 dəq oxuma
Sosial

İctimai nəqliyyatda yeni mərhələ: vahid koordinasiya sistemi qurulur

İctimai nəqliyyatda yeni mərhələ: vahid koordinasiya sistemi qurulur

Bakı Metropoliteni QSC-nin BakuBus və Bakı Taksi Xidməti MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilməsi ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkil edilməsinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər mobilliyinin daha səmərəli təmin olunmasına yönəlib.

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubov nəqliyyat sərnişin xidmətlərində, nəqliyyatın idarə edilməsində müəyyən prinsiplər var ki, onların həmişə öndə gəldiyini bildirib:

 

“Onlardan əsası nəqliyyatın idarə edilməsi, logistikası, təşkili kimi məsələlərdir. Son zamanlarda ictimai nəqliyyatda müəyyən koordinasiya sistemi var. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi-ya ictimai nəqliyyat keçdikdən sonra müəyyən işlər görülüb. Nəqliyyat xidmətlərində tələbat tam ödənilməsə də, qismən ödənilir. Müəyyən yerlərdə hətta keyfiyyətli sərnişin daşımalarından istifadə olunur. Metro ilə “BakuBus” və taksi xidmətlərinin müştərək olaraq bir yerdə idarə edilməsi, eyni zamanda tramvay məsələsi - tramvayların təşkili və tramvay xətlərinin çəkilməsi də onlara tapşırılıb. Kadr resurslarının uzlaşdırılmasında bir az çətinlik yaranacaq. Çünki metro sərnişin daşımalarında xüsusiyyət tamamilə başqadır. Onlar izole edilmiş formadadır. Restli nəqliyyat olduğu üçün tramvay xətlərinin çəkilməsi, onlara nəzarət və təşkili məsələsi də metroda daha üstünlük təşkil edə bilər. Ancaq “BakuBus” və “Bakı Taksi Xidməti” yerüstü nəqliyyat vasitələridir. Məsələn, avtobusların təmiri, texniki qulluğu, saxlanılması və alınması metro sistemindən fərqlənir. Çünki metro strateji nəqliyyat vasitəsi olduğuna görə dövlət nəzarətindədir. “BakuBus” və “Bakı Taksi Xidməti” isə nisbətən kommersiya əhəmiyyətlidir. Dövlət bir qədər geri çəkilərək onların rentabelli işləməsinə və işin təşkilinə üstünlük verilməsini nəzərdə tutur”.

 

Ekspert vurğulayıb ki, nəqliyyatda islahatlar daim aparılıb:

 

“Bəzən sərnişinlərin nəqliyyat tələbatları ödənilməyəndə idarəetmə sistemini dəyişiblər. Yeni formaya keçid zamanı təkmilləşmə də paralel aparılmalıdır. Bu baxımdan müəyyən çətinliklər olacaq. Hesab edirəm ki, koordinasiya sistemi yaxşıdır, lakin logistikası, təşkili və idarə edilməsi üzərində ciddi işləmək lazımdır. Yerüstü nəqliyyat - avtobus sistemi  ilə metro sistemi arasında böyük fərqlər var və onların logistikası ayrıca nəzərdə tutulmalıdır. Koordinasiya isə müsbət haldır. Məsələn, yaxın zamanda metroda baş verən hadisə zamanı avtobuslarla alternativ daşınma tez təşkil edildi. Bu cür planlı yanaşma üstünlük yaradır. Nəticəni isə zaman göstərəcək. Birmənalı demək çətindir ki, bu, yüksək effekt verəcək. Kadr və maddi resurslar elmi əsaslarla uyğunlaşdırılmalıdır. Çünki bunlar eyni sahə daxilində olsa da, fərqli sistemlərdir”.

 

Sonda ekspert qeyd edib ki, bu yeni islahatların sərnişinlərin nəqliyyat tələbatının ödənilməsinə kömək edəcəyinə və qiymət məsələsində əlavə narahatlıq yaratmayacağına ümid edir.

 

Günel Əlili

#koordinasiya #mərhələ: #azərbaycan #gündəm #qurulur
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər