00:00:00
Yazar
Admin User
07.09.2023 13:34 329 1 dəq oxuma
Dünya

İflic olan xəstə süni intellekt sayəsində danışa bildi

İflic olan xəstə süni intellekt sayəsində danışa bildi

Gündəlik həyatımızda yer almağa başlayan süni intellekt elmdə yeni imkanların açarı olmaq yolundadır.

 

İnformator.az xəbər verir ki, UC San Francisco və UC Berkeley universitetlərinin tədqiqatçıları danışıq qabiliyyətini itirmiş insanların süni intellektdən istifadə edərək yenidən ünsiyyət qurmasına imkan verən araşdırma aparıblar. UCSF-nin neyrocərrahı Edvard Çanqın rəhbərlik etdiyi tədqiqatçılar ilk dəfə olaraq beyin siqnallarını nitq və üz ifadələrinə çevirən implantasiya edilə bilən süni intellektlə işləyən cihaz hazırlayıblar.

 

Nəticədə, insult səbəbilə danışma qabiliyyətini itirən Ann adlı xəstə danışan rəqəmsal avatardan istifadə edərək ünsiyyət qura və duyğularını çatdıra bilib. Komanda nitq neyroprotezi adlı yeni cihazdan istifadə edib. Annın beyninin nitqə cavabdeh olan hissələrinə 253 elektroddan ibarət düzbucaqlı qurğu daxil edilib.


Süni intellektə əsaslanan üz animasiya texnologiyası ilə avatar yaradılıb. Avatar iflic olan xəstənin beynindən gələn siqnallara uyğun olaraq döyüntüləri və səsləri sözlərə çevirərək onun danışmasını təmin edib.


Avatar iflic olan xəstənin beynindən gələn siqnallara uyğun olaraq döyüntüləri və səsləri sözlərə çevirərək onun danışmasını təmin edib. Tədqiqatçılar bunun gələcək üçün əhəmiyyətli bir kəşf olduğunu düşünürlər. Onların hazırkı məqsədi avatar və xəstə arasında vaxt gecikməsini aradan qaldırmaq və ani ünsiyyəti təmin etməkdir.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər