İfrat sağçı lider koalisiyadan çıxdığı üçün ölkənin vəziyyəti çətinləşib
İfrat sağçı Hollandiya lideri Geert Wilders bir ildən az müddətdə hakim koalisiyanı devirərək, partiyasını hökumətdən geri çəkib.
İmmiqrasiya ilə bağlı mübahisənin səbəb olduğu bu addım, çox güman ki, növbədənkənar seçkilərə səbəb olacaq.
Baş nazir Dick Schoof çərşənbə axşamı səhər koalisiya partiyası liderlərinə son dəqiqə müraciəti edib, lakin Wilders koalisiyaya son qoyana qədər görüş cəmi bir dəqiqə davam edib.
Vilders sığınacaq üçün müraciətlərin dondurulması, qəbul mərkəzlərinin tikintisinin dayandırılması və ailələrin birləşməsinin məhdudlaşdırılması da daxil olmaqla, 10 əlavə sığınacaq tədbiri tələb edib.
BBC
Nəzrin Məmmədova