İğtişaşa səbəb olan gözəllik yarışması!
Yaponiyada keçirilən “Miss Japan Grand Prix 2024” gözəllik müsabiqəsinin qalibi bəlli olub.
Ukrayna əsilli Karolina Şiino müsabiqəni birinci yerdə başa vuraraq “Miss Yaponiya” tacına layiq görülüb. Şiinonun qalibiyyətindən sonra sosial mediada bir çox istifadəçi onun "yaponlara bənzəmədiyi" fikirlərini söyləyib. 26 yaşlı model Karolina Şiino bazar ertəsi açıqlanan nəticələrlə "Miss Japan 2024" gözəllik müsabiqəsinin qalibi olub. 5 yaşında Yaponiyaya köçən və Naqoyada böyüyən Şiino müsabiqəyə qatılarkən çıxışında bunları deyib:
“Yaponlardan fərqli göründüyüm üçün sosial həyatımda çoxlu çətinliklər olub. İnsanlara yapon olduğumu deyəndə məni qəbul etmədilər. Mən bilirəm ki, bir çox insanlar belə çətinliklərlə üzləşirlər və mən onları ruhlandırmaq istəyirəm".
"Miss Japan” yarışmasının ilk xarici modeli olan Şiino sentyabr ayında aldığı Yaponiya vətəndaşlığını paylaşaraq “Bu yaxınlarda Yaponiya vətəndaşlığını aldım. Mən ukraynalı ailədə doğulmuşam və 5 yaşım olanda Yaponiyaya köçmüşəm. Mən yapon kimi görünməyə bilərəm, amma Yaponiyada böyüdükcə mən ürəkdən yapon oldum və yapon kimi tanınmaq istədiyim üçün naturalizasiya üçün müraciət etdim.Yapon olduğum üçün sözün əsl mənasında çox xoşbəxtəm" dedi.
2015-ci ildə "Miss Japan" titulunu qazanan və "Miss Universe"də Yaponiyanı təmsil edən Eliana Miyamoto da anası yapon, atası isə afroamerikalı olduğu üçün eyni çətinlikləri yaşadığını bildirib. Miyamoto bildirib ki, müxtəlif irqlərdən olan valideynləri olan insanlar cəmiyyətdə çətin vəziyyətlərlə üzləşirlər və buna bənzər çoxlu mesajlar alırlar.
Mənbə: CNN TÜRK
Tərcümə etdi: Aytac Kərimova
