II Qareginin istefası ilə bağlı İrəvandan rəsmi açıqlama
“Ermənistan hökuməti bütün ermənilərin katolikosu II Qareginin istefası ilə bağlı məsələni gündəmdən çıxarmayıb”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında bildirib.
Jurnalistlər ondan mövzu ətrafında söhbətlərin səngidiyini nəzərə alaraq, məsələnin gündəmdən çıxarılıb-çıxarılmadığını soruşublar.
Nazirin media nümayəndələrinə cavabı belə olub: “Hakim partiyanın (“Vətəndaş Müqaviləsi”) gündəliyindən heç nə çıxarılmayıb”.
Papoyan vurğulayıb ki, II Qareginin subaylıq andını pozması ilə barışmaq mümkün deyil.