III DÜNYA MÜHARİBƏSİ OLA BİLƏR?
Üçüncü dünya müharibəsi gözləntisi yenidən beynəlxalq medianın əsas manşetlərində yer alır. Səbəb isə rəsmi Kremlin nüvə təhdidi yox, Brest dəhlizdə yaranan gərgin vəziyyətdir. Yeni ssenarilərə görə, Belarusda məskunlaşan Vaqnerçilərin əsas hədəfi NATO-nun zəif nöqtəsi adlandırılan bu dəhlizi işğal etməkdir. Bəs bu nə dərəcədə mümkündür?
NATO şərq cinahını gücləndirir. Belə ki, son zamanlar sürətlə silahlanan Polşa hakimiyyəti Amerikanın "Abrams" və "Apaçi" helikopterləri ilə Brest dəhlizini bağlamaq qərarına gəlib. Səbəb isə Vaqner muzdlu qrupunun da Belarusa yerləşməsindən sonra strateji əhəmiyyətli karidorun işğal təhlükəsi ilə üzləşməsidir. ABŞ Konqresinə xüsusi müraciət də ünvanlayan rəsmi Varşava NATO-nun digər üzvləri ilə yeganə quru yolu olan dəhlizdə keçilməz sədd yaratmağı hədəfləyir. Bu istiqamətdə genişmiqyaslı addımlar planlayan Polşa hakimiyyəti hətta Cənubi Koreyanın K2 tankları, FA-50 döyüş təyyarələri də daxil olmaqla HIMARS artilleriya sistemlərini artıq sərhədə yerləşdirib. Polşanın dəhlizlə bağlı narahatlığını şərh edən ekspertlər isə koridordakı vəziyyətin düşünüləndən daha kritik olduğunu deyirlər. Səbəb isə Suvalki dəhlizinin NATO-nun Rusiya təhlükəsinə qarşı ən həssas ərazisi olmasıdır.
Siyasi şərhçi Tural Əliyevin sözlərinə görə, Kremlin NATO ilə mübarizədə strateji üstünlük kimi gördüyü dəhliz ətrafında baş vermələr isə müharibənin 8 km-də olan Polşanı Avropanın sipərinə çevrib. “Münaqişənin ilk günlərindən Ukraynanın ən sadiq dəstəkçilərindən olan Varşavanın müharibəyə daxil olma qorxusu artıq hakim dairələrdə yorğunluq yaradır. Qarşılıqlı olaraq səfirlərin Xarici işlər nazirliyinə çağırılması və Polşa xarici işlər nazirinin müavini Pavel Yablonskinin Ukraynanı müttəfiqlərinə diplomatik hücumda ittiamlandırması münasibətlərdə yaranan böhranın nümunəsidir. Digər tərəfdən, Polşanın öz yerli fermerlərini qorumaq üçün Ukraynanın taxıl idxalına qadağanı uzatmaq tələbi də dövlətlər arasına nifaq toxumu səpən faktorlardandır”. Bundan başqa rəsmi Kiyevə daimi hərbi və iqtisadi yardım, milyonlarla ukraynalı qaçqının qəbulu Polşanı mövcud silahlı qarşıdurma əsnasında zəiflədəcək əsas amillərdən hesab olunur. Mövcud vəziyyəti analiz edən mütəxəssilər müttəfiqləri ilə rəsmi Kiyevin tərs mütənasib düşməsinin Kremlin planının bir hissəsi kimi qiymətləndirilər. Sadə dillə desək, Moskva ona qarşı birlik olan Qərb dövlətləri üzərində "parçala idarə et" fəndindən yararlanır. “Bununla belə, Polşaya qarşı ediləcək hər hansısa silahlı hücum 3-cü Dünya müharibəsinin başlaması üçün əsaslı səbəb səbəb ola bilər. Belə ki, Suvalki dəhlizinə mümkün hücum halında NATO təsis müqaviləsinin 5-ci maddəsinə əsaslanaraq Polşanı və digər üzv dövlətləri müdafiə üçün əməliyyatlara başlayacaq. Bu isə nə müharibədən yorulan Rusiyanın, nə də bütün hərbi gücünü Ulraynaya yönəltmiş Qərbin hazır olduğu ssenaridir”.
İSMAYIL
