“İki ölkə problemlərin həlli istiqamətində müəyyən addımlar atıb”
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyinin ABŞ üzrə müavini Kim In Çxol Vaşinqtonun sanksiyalarını “düşmənçilik siyasətinin davamı” kimi qiymətləndirib və Pxenyanın buna “eyni cavabla” reaksiya verəcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Koreya Xalq Demokratik Respublikası son zamanlarda Çin dənizində hərbi təlimlər keçirir:
"Bu təlimlər də əsas güvəndiyi ölkələr Rusiya və Çindir. Həm Cənubi Koreyanın, həm də Yaponiyanın təhlükəsizliyi üçün ciddi şəkildə təhdid yağdırır. Buna görə də, maksimum şəkildə ABŞ öz müttəfiqlərini qorumaq üçün bu cür yollara əl atır. Güman edirəm ki, bundan sonra Vaşinqton və Pxenyan arasındakı münasibətlər bir birini təhdid etmə formasında davam edəcək. Düzdür, Donald Trampın 1-ci Prezidentliyi dövründə ABŞ və Şimali Koreyanın müəyyən irəliləyişlər olub. 2 ölkə problemlərin həlli istiqamətində müəyyən addımlar atırıb. Hətta liderlərin görüşü belə keçirilib. Ancaq indiki mərhələdə görünür ki, ABŞ Cənubi Koreyanın nazı ilə oynamaq fikrində deyil və çalışacaq ki, Şimali Koreya ABŞ-nin müttəfiqləri olan Cənubi Koreya, Yaponiyaya təzyiq göstərməsin. Eyni zamanda Çin və Rusiyadan uzaqlaşıb, çünki Şimali Koreya Ukrayna müharibəsində Rusiyaya maksimum şəkildə yardım göstərir. Bu da ABŞ-yə xoş olmayan məsələdir. Şimali Koreya Rusiyaya insan resursları ilə kifayət qədər böyük dəstək nümayiş etdirir, hazırda hətta Ukrayna müharibəsində Şimali Koreyaya Rusiya yaxın ölkədir".
Günel Əlili
