00:00:00
Yazar
Zeynəb Yunuszadə
22.04.2026 21:22 18 1 dəq oxuma
Siyasət

İlham Əliyev: "Azərbaycanda təbii qaz hasilatı artır və artacaq"

İlham Əliyev: "Azərbaycanda təbii qaz hasilatı artır və artacaq"

"İndi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq. Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq".

 

"İnformator.az" "AZƏRTAC" -a istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.

 

Azərbaycanın hasil etdiyi qazın böyük hissəsinin ixrac olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, qeyri-neft-qaz sektoruna aid sənayenin və iqtisadiyyatın artan hasilat profili beynəlxalq bazarlarda, ilk növbədə, Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır.

#əliyev: #hasilatı #azərbaycan #qaz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər