00:00:00
Yazar
Admin User
25.12.2025 14:18 126 1 dəq oxuma
Siyasət

İlham Əliyev fərman imzalayıb

İlham Əliyev fərman imzalayıb

Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 fevral tarixli 324 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.

 

Fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərclərini dəqiqləşdirmək məqsədilə qərara alıram:

 

“İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 fevral tarixli 324 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 116) 3.4-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:

 

1. 3.4.1-ci yarımbənd üzrə:

 

1.1. “Məbləğ (manatla)” sütununda “1 720 956 292,00” rəqəmləri

 

“1 642 956 292,00” rəqəmləri ilə əvəz edilsin;

 

1.2. 3.4.1.1-ci abzasın “Məbləğ (manatla)” sütununda “6 000 000,00” rəqəmləri “3 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

 

1.3. 3.4.1.2-ci abzasın “Məbləğ (manatla)” sütununda “2 500 000,00” rəqəmləri “1 000 000,00” rəqəmləri ilə əvəz edilsin.

 

2. 3.4.2-ci yarımbənd üzrə:

 

2.1. “Məbləğ (manatla)” sütununda “464 765 000,00” rəqəmləri “497 765 000,00” rəqəmləri ilə əvəz edilsin;

 

2.2. 3.4.2.2-ci abzasın “Məbləğ (manatla)” sütununda “200 000 000,00” rəqəmləri “190 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

 

2.3. 3.4.2.3-cü abzasın “Məbləğ (manatla)” sütununda “25 000 000,00” rəqəmləri “21 300 000,00” rəqəmləri ilə əvəz edilsin;

 

2.4. 3.4.2.4-cü abzasın “Məbləğ (manatla)” sütununda “28 000 000,00” rəqəmləri “63 500 000,00” rəqəmləri ilə əvəz edilsin;

 

2.5. 3.4.2.6-cı abzasın “Məbləğ (manatla)” sütununda “10 000 000,00” rəqəmləri “21 200 000,00” rəqəmləri ilə əvəz edilsin.

 

3. 3.4.3-cü yarımbəndin “Məbləğ (manatla)” sütununda “430 000 000,00” rəqəmləri “495 000 000,00” rəqəmləri ilə əvəz edilsin.

 

4. 3.4.4-cü yarımbəndin “Məbləğ (manatla)” sütununda “40 000 000,00” rəqəmləri “20 000 000,00” rəqəmləri ilə əvəz edilsin”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər