00:00:00
Yazar
Admin User
01.09.2025 15:50 98 1 dəq oxuma
Siyasət

İlham Əliyev Maldivə rəsmi səfərə dəvət olunub

İlham Əliyev Maldivə rəsmi səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Maldivə rəsmi səfərə dəvət olunub. Bu dəvət iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Maldiv arasında münasibətlər xeyli müddətdir mövcuddur:

 

"Konkret olaraq, 1994-cü ildən etibarən ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Maldiv bir neçə adadan ibarətdir və Hindistanla Şri-Lankanın yaxınlığında yerləşir. Hind okeanında yerləşən bu ölkənin təqribən 300–400 min nəfər əhalisi var. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan və Maldiv uzun illərdir əməkdaşlıq edirlər. Hazırda Azərbaycanın Maldivə dəvət olunması da əslində bu dostluq münasibətlərinin nəticəsidir. Təbii ki, Maldiv kiçik ada dövləti olmaqla yanaşı, ciddi risklərlə üzləşən bir ölkədir. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanla Maldiv arasında əməkdaşlıq uzunmüddətli və davamlı xarakter daşıyır".

 

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər