00:00:00
Yazar
Admin User
14.05.2025 07:22 266 1 dəq oxuma
Sosial

İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Paraqvay Prezidenti Santyaqo Penyaya təbrik məktubu göndərib.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident, Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə Azərbaycan-Paraqvay dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

 

Belə bir əlamətdar gündə sizə ən xoş arzularımı çatdırır, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər