00:00:00
Yazar
Admin User
01.09.2025 17:15 80 2 dəq oxuma
Siyasət

İlham Əliyev Paşinyanla görüşüb

İlham Əliyev Paşinyanla görüşüb

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

 

Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan dövlət başçılarının Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində görüşü əslində Vaşinqtonda imzalanmış sülh sənədinin sadəcə kağızda deyil, əməli fəaliyyətdə olaraq həyata keçirildiyini nümayiş edir:

 

“Çünki, sülh sənədini prinsipial olaraq təsdiq etmək, paraflamaq bu yalnız sənəd üzərində qoyulan xarici işlər nazirləri səviyyəsində bir imzadan ibarətdir, ancaq dövlət başçılarının bir regional təşkilatda görüşməsi xüsusilə də ailəvi bir görüşün ayaqüstü də olsa təmin olunması, bütün dünyaya verilən sülh mesajıdır, yəni biz imzamızı əməli fəaliyyətə, təcrübəyə keçirməkdə və sülhü davam etdirməkdə israrlıyıq. Bu bir siyasi iradədir, bu dünyaya verilən sülh mesajıdır və sülhlə bağlı hər iki dövlətin maraqlarını bilavasitə ifadə etməkdir. Düşünürəm ki, bu çox önəmli bir görüşdür. Ona görə, belə bir görüş razılaşdırılıb və təmin olunub. Bu həm də bütün dünyaya regionda xüsusilə də Cənubi Qafqazda sülhün bərqərar ola biləcəyi mesajıdır. Açığı bu cür görüşlər bütün qlobal və yaxud da regional təşkilatların Sammitlərində mümkün olur. Çünki bu keçirilən Sammitləri bir fürsət olaraq dövlətlər qəbul edir ki, bunu da imkana çevirərək əlaqələri, yəni dövlətlər arası əməkdaşlığı da dərinləşdirmək üçün istifadə edirlər. Bu normal bir təcrübədir və bir Sammitdə bir neçə dövlət başçısı ilə görüşüb, iqtisadi, siyasi, humanitar, mədəni, elmi-texnoloji və bütün sahələr üzrə əməkdaşlığı daha da dərinləşdirmək üçün bu cür görüşlər təşkil olunur. Əslində bu cür Sammitlərin mahiyyətində duran əsas vəzifələrdən biri də məhz budur, yəni bu bir imkandır, bu bir fürsətdir. Bu fürsəti imkana çevirirlər ki, nəticə etibarı ilə hər dövlət bu yöndə qazanır”.

 

İbrahimova Aytac

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər