00:00:00
Yazar
Aysel Mirzəyeva
08.04.2026 15:26 12 1 dəq oxuma
Siyasət

İlham Əliyev Pezeşkiana zəng edib, təbrik edib

İlham Əliyev Pezeşkiana zəng edib, təbrik edib

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.


"İnformator.az" xəbər verir ki, dövlət başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.

 

Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

 

Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

#xəbər #təbrik #əliyev #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər