00:00:00
Yazar
Admin User
02.09.2025 07:21 149 1 dəq oxuma
Siyasət

İlham Əliyev "Powerchina group" rəhbəri ilə görüşüb

İlham Əliyev "Powerchina group" rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində "Powerchina group" şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, görüşdə şirkətin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

 

Yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika və yaşıl hidrogen layihələri, tikinti, avadanlıq istehsalı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Eyni zamanda, Günəş və külək elektrik stansiyalarının inşası, "ağıllı enerji sistemləri"nin inteqrasiyası və yerli mütəxəssislərin hazırlanması üzrə əməkdaşlıqla bağlı perspektivlərə dair fikir mübadiləsi aparılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər