00:00:00
Yazar
Ayşən Səlimova
03.04.2026 21:57 36 2 dəq oxuma
Siyasət

İlham Əliyev Qırğızıstana rəsmi səfər edəcək

İlham Əliyev Qırğızıstana rəsmi səfər edəcək

İlham Əliyev yaxın günlərdə Qırğızıstana rəsmi səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, həmçinin müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, səfərin əsas məqsədi Azərbaycan ilə Qırğızıstan arasında mövcud münasibətləri daha da inkişaf etdirmək və ikitərəfli əlaqələri indiki səviyyədən daha yüksək mərhələyə çatdırmaqdır:

 

“İki ölkə arasında qardaşlıq münasibətləri mövcuddur və bu səfər həmin münasibətlərin daha da möhkəmlənməsinə xidmət edə bilər. Görüşlər zamanı əsas müzakirə mövzularından biri iqtisadi əməkdaşlığın genişləndirilməsi olacaq. Bununla yanaşı, siyasi dialoqun gücləndirilməsi, ticarət əlaqələrinin artırılması, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi kimi məsələlər də gündəmdə ola bilər. Tərəflər iki ölkə arasında əməkdaşlığın hansı istiqamətlərdə daha effektiv inkişaf etdirilə biləcəyini və gələcək fəaliyyət üçün hansı yol xəritəsinin müəyyən edilə biləcəyini müzakirə edə bilərlər”.

 

Həşim Səhrablı hesab edir ki, ilkin mərhələdə daha çox iqtisadi, mədəni və sosial sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində razılaşmalar əldə oluna bilər:

 

“Bununla yanaşı, bəzi sənədlərin imzalanması və ya gələcək əməkdaşlıq üçün konkret planların müəyyənləşdirilməsi də mümkündür. Bu səfər yalnız mövcud əlaqələrin möhkəmləndirilməsi baxımından deyil, həm də gələcəkdə siyasi, hərbi və diplomatik sahələrdə əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yarada bilər. Uğurlu əməkdaşlıq modeli formalaşarsa, bu münasibətlər gələcək mərhələlərdə daha strateji xarakter ala bilər və iki ölkə arasında tərəfdaşlıq daha da dərinləşə bilər”.

 

Ayşə Müzəfərli

#Siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər