İlham Əliyev Trumpla Ağ evdə görüşüb
Azərbaycan prizdenti İlham Əliyev 8 avqust 2025 tarixində Ağ evdə ABŞ prezidenti D.Trumpla görüş təşkil edilib.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a bildirib ki, imzalanan bu xartiyanın Azərbaycanıb iqtisadi inkişafına birbaşa təsiri olmayacaq:
"İmzalanan xartiyanın Azərbaycanın iqtisadi inkişafı üçün müsbət təsir edəcəyini Amerika şirkətləri Azərbaycana gəlib, birlikdə iş bazası qurduqdan sonra bilmək olar. Bu layihə ilə Naxçıvan blokadadan çıxacaq, Azərbaycanın əsas ərazisindən Naxçıvana yüklər və vətəndaşlar maneəsiz keçəcək-rüsumsuz, hər hansı bir gözləmə ilə rasltlaşmayacaqlar. Eyni zamanda Mərkəzi Asiya ilə Türkiyəni birləşdirən yola çevirəcəkləri üçün bu yol mühüm əhəmiyyətə malikdir. Vasinqton konfransında Rusiyanın iştiraksızlığı isə müzakirə mövzusu oldu. Aparılan araşdıdmaya görə ekspertlərin bir hissəsi Moskvanın kənarda qalmasını öz maraqlarına zərbə kimi qiymətləndirir, çünki enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlıqla bağlı əsas müzakirələrdə təmsil olunmadı. Digər analitiklər isə hesab edirlər ki, Rusiya bu addımı ilə müstəqil mövqeyini qorudu və Qərbin təsir dairəsindən uzaq duraraq öz siyasi xəttini nümayiş etdirdi".
Fatimə Hüseynli