00:00:00
Yazar
Asiman Vəliyeva
20.04.2026 19:33 23 2 dəq oxuma
Siyasət

İlham Əliyev və Aleksandar Vuçiçdən strateji tərəfdaşlıq mesajı

İlham Əliyev və Aleksandar Vuçiçdən strateji tərəfdaşlıq mesajı

Azərbaycan və Serbiya prezidentləri arasında baş tutan son telefon danışığı iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərir. Danışıqlarda iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji və investisiya sahələrində yeni layihələrin müzakirəsi, eləcə də birbaşa aviareyslərin başlanması ikitərəfli münasibətlərdə yeni mərhələnin anonsu kimi qiymətləndirilir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir:


“İki ölkə arasında uzun müddətdir davam edən strateji tərəfdaşlıq həm qarşılıqlı səfərlərdə, həm də beynəlxalq platformalarda aparılan müzakirələrdə özünü göstərir. Bu təmaslar tərəflərin niyyət və mövqelərinin daha aydın ifadəsinə imkan yaradır.
Telefon danışığı zamanı da münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılır. Qaldırılan məsələlərin düzgün müəyyənləşdirilməsi və prioritetlərin dəqiq seçilməsi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bakı ilə Serbiya arasında birbaşa uçuşların həyata keçirilməsi əlaqələrin genişlənməsinə xidmət edir və münasibətlərin davamlı inkişafına əlavə töhfə verir. Bu addım dövlətlərarası əməkdaşlığın möhkəmlənməsinə kömək edən vacib amillərdən biri kimi qiymətləndirilir. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq tərəflər arasında əsas istiqamətlərdən biri olaraq qalır. Bu sahədə müzakirələr açıq şəkildə aparılır və qarşılıqlı maraqlar nəzərə alınır. Azərbaycan Prezidentinin Serbiyaya səfəri zamanı da bu məsələlər xüsusi diqqət mərkəzində olur. Görüşlər zamanı qaldırılan məsələlərin icrası əlaqələrin real nəticələr üzərində qurulmasına şərait yaradır. Tərəflər əldə olunan razılaşmaların həyata keçirilməsinə xüsusi önəm verir və bu istiqamətdə ardıcıl fəaliyyət göstərir.Ümumilikdə, iki ölkə arasında mövcud olan əlaqələr qarşılıqlı etimada əsaslanır və bu prosesin daha da sürətlənməsinə xidmət edir. Bu təmaslar ikitərəfli münasibətlərə müsbət təsir göstərən və əməkdaşlığın inkişafını təşviq edən əsas amillərdən biri kimi qiymətləndirilir”.

 

Ədilə Hüseynzadə

#strateji #vuçiçdən #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər