00:00:00
Yazar
Admin User
01.09.2025 17:35 138 2 dəq oxuma
Siyasət

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşüb

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşüb

Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın inkişafı, Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq, eləcə də regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

 

Mövzu ilə bağlı politoloq Oktay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, bu görüş, həm Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə, həm də Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək:

 

"Bu tədbir əhəmiyyətli tədbirdir belə ki, Türk Dövlətlər Təşkilatı artıq getdikcə dünyada öz yerini tutan və regional bir güc olaraq formalaşmaya başlayan formatdır. Azərbaycanda bu tədbirin keçirilməsi həm Azərbaycanın özünün geostrateji maraqlarına uyğundur, eyni zamanda Türk Dövlətlər Təşkilatı ilə inteqrasiyasının güclənməsinə töhfə verəcək tədbirdir. Qətərin Azərbaycan qazına maliyyə dəstəyinin verməsinin əsas səbəbi ondan ibarətdir ki, Azərbaycan geniş və ciddi qaz potensialına malikdir. Bu enerji daşıyıcısının dünya bazarına çıxarılması üçün və daha böyük həcmlərdə istehsal prosesinin həyata keçirmək üçün ciddi investisiyalara ehtiyac var. Qətərdə dünyada böyük investor ölkələrdən biri kimi tanınmaqdadır. Bu həm Azərbaycan Qətər münasibətlərini inkişafı, eyni zamanda Qətərin regionumuzda oynuya biləcəyi rolun artırılması deməkdir. Türkiyə səmimi şəkildə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını və güney qafqazda sabitliyin olmasında maraqlıdır. Çünki Ermənistanla Azərbaycan arasında sülh olarsa, bu bölgədə iqtisadi inkişafa, ticarətin genişlənməsinə, kommunikasiyaların açılmasına və ikitərəfli münasibətlərin canlanmasına və inkişafına
töhfə verəcək. Bu həm də Türkiyənin güney Qafqazda rolunun ciddi şəkildə artması deməkdir. Hazırda Zəngəzur dəhlizinin tərkib hissəsi olacaq Qars-İğdir-Dilucu dəmir yolu xəttinin çəkilməsinə start verilib, bu da Güney Qafqaz ölkələrinin Türkiyə ilə münasibətlərinin daha üst səviyəyə qalxmasına yardım edəcək bu da bütün bölgə ölkələrinə faydası olacaq".


Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər