İlham Əliyev Vyetnam prezidentinə məktub ünvanlayıb
Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın Vyetnamla son vaxtlar əlaqələri inkişaf edir, düzdür, Vyetnam dünyanın böyük dövlətlərindən deyil, geopolitiq proseslərə təsir etmir, amma Asiyanın kifayət qədər inkişaf etmiş dövlətlərindən biridir:
“Hardasa 100 milyona yaxın əhalisi var, sənaye potensialı var, yəni Vyetnam da bu gün dünyaya bir çox məhsullar, texnoloji markalar təqdim edir və bütün hallarda, əlbəttə, Vyetnamla əməkdaşlıq yaxşıdır. Ümumiyyətlə dünyanın istənilən ölkəsi ilə iqtisadi, ticari, siyasi əməkdaşlığın olması, dostluq əlaqələrinin olması bütün hallar da dövlətlərin avantajıdır, üstünlüyüdür. Bildiyim qədər onlarla bizim bir neft ticarətimiz var, yəni bizdən neft alırlar, bizim də Vyetnamdan alacağımız, Vyetnama vereceyimiz mallar, yəni mübadilələr var. Bizim ümumiyyətlə son vaxtlar kənd təsərrüfatı məhsullarımız Rusiyaya göndərilir, qayıdır, başqa problemlər yaranır. Əslində Vyetnam həm də bir alternativ bazardır. O baxımdan, əlbəttə, əməkdaşlıq etmək, əlavə əməkdaşlıq imkanları, potensiallarını tapmaq və s. eyni zamanda ola bilər ki, Azərbaycana investisiya qoyuluşunda Vyetnamın iştirakını təmin etmək, yəni düşünürəm ki, hərhalda Vyetnam dediyim kimi cənub-şərqi Asiyanın normal dövlətlərindən biridir və hələ də sosialist respublikası adlanmasına baxmayaraq artıq orda bazar münasibətləri kifayət qədər inkişaf edir. Dünyanın bir çox ölkələri ilə, eyni zamanda Amerika ilə əməkdaşlıq edir, bu münasibətlərin yalnız Azərbaycan üçün faydası ola bilər, ona görə də düşünürəm ki, Vyetnamla əməkdaşlıq böyük mənada dünya siyasətinə və regionumuzda baş verən hadisələrə təsir etməsə də bütün hallarda bizim əməkdaşlıq dairəmizin, sferamızın genişlənməsinə xidmət edən bir məqamdır”.
Aytac İbrahimova