İlham Əliyevi buna görə təbrik etdim
Azərbaycan Prezidentini Ağ Evin dəstəklədiyi, Ermənistanla sülh yolunda mühüm addımlarla bağlı təbrik etdim.
"İnformator.az" xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandunun Kopenhagendə Azərbaycan lideri İlham Əliyevlə görüşü barədə sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub:
"Biz Moldova-Azərbaycan iqtisadi əlaqələrinin hər iki ölkəmizin xeyrinə gücləndirilməsini də müzakirə etdik".
Qeyd edək ki, liderlər Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı çərçivəsində görüşüblər.
