İllik xarici ticarət kəsiri 87,5 milyard dollara qədər daralıb
Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək avqust ayında illik xarici ticarət kəsirinin 87,5 milyard dollara endiyini açıqlayıb.
Nazir Şimşək sosial mediada açıqlamasında xarici ticarət məlumatlarına münasibət bildirib.
Şimşək, təqvim təsirləri və əvvəlki aylarda irəli sürülən tələb səbəbiylə avqust ayında idxalın yüzdə 3,9, ixracının isə illik müqayisədə yüzdə 0,9 azaldığını qeyd edib. O, qızıl və enerji istisna olmaqla, ixracın illik müqayisədə 1,2 faiz artdığını vurğulayıb.
Şimşək, "Qlobal iqtisadi qeyri-müəyyənliyin azalması, valyuta cütlüyündə müsbət proqnoz və enerji qiymətlərindəki aşağı tendensiya xarici balansımız üçün müsbət konyukturaya işarə edir" , - deyib.
TRT XƏBƏR
Nəzrin Nəsirova