"İmamoğlu cinayət məqsədli təşkilat" istintaqı çərçivəsində 12 nəfər saxlanılıb
İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) keçirilən bəzi tenderlərdə qanunsuzluq edildiyi iddiası ilə başladılan istintaq çərçivəsində 12 nəfər saxlanılıb.
İstanbul Respublika Prokurorluğunun apardığı “İmamoğlu cinayət məqsədli təşkilat” araşdırması davam edir. İstanbul Polis İdarəsinin Mali Cinayətlərlə Mübarizə Şöbəsinin apardığı araşdırmalar zamanı İBB-nin Yol Baxım və İnfrastruktur Koordinasiya İdarəsinin Avropa Yakası Yol Baxım və Təmir Şöbəsi ilə İnformasiya Texnologiyaları İdarəsinin Elektron Sistemlər Şöbəsinin həyata keçirdiyi 6 tenderdə prosedur pozuntularının olduğu müəyyən edilib.
Toplanan məlumatlardan sonra İstanbul, Kırklareli və Trabzonda müəyyən olunan ünvanlara eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində 12 şübhəli saxlanılıb və ifadələrinin alınması üçün polis idarəsinə aparılıb.
Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir, tender proseslərində qanunsuzluq olub-olmadığı araşdırılır.
TRT HABER
Reyhan Qulizadə