00:00:00
Yazar
Admin User
07.08.2023 11:47 341 1 dəq oxuma
Dünya

İmran xana 3 illik həbs verildi

İmran xana 3 illik həbs verildi

Pakistanın keçmiş Baş Naziri və Ədalət uğrunda Hərəkat Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

İnformator.az xəbər verir ki, sabiq hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmənin qərarı ilə o 1209 dollar məbləğində cərimə ödəməlidir. Məhkəmə zalına yalnız vəkillər buraxılıb. İclas zamanı məhkəmə binası qarşısında əlavə polis qüvvələri növbətçilik edib.

 

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. 2022-ci ilin aprelində ona etimadsızlıq göstərilib və oktyabr ayında seçkidən kənarlaşdırılıb. Ardınca da beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər