00:00:00
Yazar
Səadət Əlizadə
23.10.2026 20:08 33 2 dəq oxuma
Dünya

İndoneziyadakı yanğınlar 333 min nəfərdə tənəffüs yolu infeksiyasına səbəb olub

İndoneziyadakı yanğınlar 333 min nəfərdə tənəffüs yolu infeksiyasına səbəb olub

İndoneziyada aylardır davam edən meşə yanğınları səbəbindən 333 mindən çox kəskin tənəffüs yolu infeksiyası faktı qeydə alınıb.

 

“Antara” agentliyinin məlumatına görə, İndoneziyanın Səhiyyə Nazirliyi ölkənin müxtəlif bölgələrində aylardır davam edən meşə yanğınları ilə əlaqədar son 24 saat ərzində daha 4 min 522 yeni kəskin tənəffüs yolu infeksiyası faktının aşkarlandığını açıqlayıb.

 

Nazirliyin Ətraf Mühitin Sağlamlığı üzrə direktoru Then Suyanti bildirib ki, xüsusilə Cənubi Sumatra, Qərbi Kalimantan və Cənubi Kalimantan əyalətləri başda olmaqla, meşə yanğınlarının təsirinə məruz qalan müxtəlif bölgələrdə havanın keyfiyyəti təhlükəli səviyyədə qalmaqdadır.

 

Suyanti qeyd edib ki, meşə yanğınları ilə əlaqədar ölkə üzrə qeydə alınan kəskin tənəffüs yolu infeksiyası hallarının sayı 333 min 470-ə çatıb. O, uşaqlar, yaşlılar, hamilə qadınlar, həmçinin astma və xroniki obstruktiv ağciyər xəstəliyindən (KOAH) əziyyət çəkən şəxslər kimi həssas qruplara xüsusi diqqət yetirildiyini bildirib.

 

Suyanti vurğulayıb ki, hökumət kəskin tənəffüs yolu infeksiyaları, pnevmoniya, astma, eləcə də göz və dəri qıcıqlanmaları kimi yanğınların səbəb olduğu xəstəliklərin gedişatını yaxından izləyir. Eyni zamanda, yanğınlardan zərər çəkmiş bölgələrin dərman preparatları, tibbi ləvazimatlar və avadanlıqlarla tam təmin edildiyini qeyd edib.

 

İndoneziya Meşə Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, yanvar-iyul ayları ərzində yanğınlar nəticəsində 202 min hektardan çox ərazi zərər görüb.

 

İndoneziyada fəaliyyət göstərən İqtisadiyyat və Hüquq Araşdırmaları Mərkəzinin apardığı araşdırmaya görə, bu il baş verən yanğınların ölkəyə vurduğu iqtisadi zərərin 1,7 milyard dollara çata biləcəyi bildirilir.

 


TRT Haber
Aysu Abbasova

#tənəffüs #i̇ndoneziyadakı #333 #yanğınlar #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər