00:00:00
Yazar
Admin User
04.09.2025 09:17 98 1 dəq oxuma
Dünya

İndoneziyanın Semeru vulkanında 2 partlayış baş verib

İndoneziyanın Semeru vulkanında 2 partlayış baş verib

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında iki partlayış qeydə alınıb.


Antara News-un məlumatına görə, vulkan müşahidə ofisinin əməkdaşları yanardağın eyni gün ərzində iki dəfə püskürdüyünü bildiriblər.


Mütəxəssislərin açıqlamasına görə, yerli vaxtla saat 05:01-də baş verən ilk püskürmə təxminən 140 saniyə davam edib. Daha sonra, saat 09:28-də ikinci püskürmə qeydə alınıb və bu, 145 saniyə sürüb. Vulkanın püskürtdüyü kül buludları təxminən 500 metr yüksəklikdə havaya qalxaraq cənub-qərb istiqamətinə doğru hərəkət edib.


Məlumatda vurğulanır ki, Semeru vulkanı hələ də “2-ci xəbərdarlıq” səviyyəsindədir. Vulkanın zirvəsindən 8 kilometr məsafədə yerləşən Besuk Kobokan bölgəsinin cənub-şərq hissəsində bütün fəaliyyətlərə qadağa qoyulub.


“Pasifik Atəş Halqası” adlanan zəlzələ və vulkan qurşağında yerləşən İndoneziyada hazırda təxminən 130 fəal vulkan mövcuddur.


TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər