00:00:00
Yazar
Admin User
03.09.2025 15:58 117 1 dəq oxuma
Siyasət

İnformasiya kampaniyasına start verilib

İnformasiya kampaniyasına start verilib

Rusiya Federasiyası ərazisindən Azərbaycana qarşı kütləvi surətdə informasiya kampaniyasına start verilib. Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında qeyd olunub.

"Monitorinq zamanı müəyyən edilib ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılıb və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilib. Rusiya cəmiyyətində anti-Azərbaycan təbliğatını alovlandırmaq məqsədi ilə təşkil edilən kampaniya televiziya kanalları, xəbər saytları, sosial media platformaları və müəyyən təsir etmə roluna malik radikal mövqeli şəxslər vasitəsilə aparılıb. Kampaniyada Rusiya ərazisində fəaliyyəti qadağan edilib və məhdudlaşdırılmış "Facebook", "Instagram" və "X" kimi platformalardan, habelə digər ölkə vətəndaşlarının adından yaradılan sosial media profillərindən və botlardan da geniş istifadə olunduğu müşahidə edilib".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Vaqif Hüseyn bildirib ki, Rusiyanın hədəfinin nə olduğunu hamımız bilirik:

 

"Rusiyanın ən əsas məqsədi Zəngəzur dəhlizinə kimin nəzarət etməsidir. Rusiya öz fikrincə bütün keçmiş SSRİ ərazisinə hər zamankı kimi sahib olmaq istəyib. Hesab edir ki, bura Rusiyanın qanuni haqqıdır. Rusiya müstəqil dövlətlərin hədəfinə tuş gəlib. Zəngəzur dəhlizinə nəzarət edən ölkənin bölgədə ciddi mənafelərə sahib olacağını yaxşı bilib".

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər