İngiltərə Premyer Liqasında SENSASİYA: Lider "Arsenal" evdə "Bornmut"a uduzub
İngiltərə çempionatının 32-ci turu çərçivəsində baş tutan ev oyununda "Arsenal" gözlənilməz şəkildə "Bornmut"a 1:2 hesabı ilə məğlub olub.
"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, "Bornmut"un heyətində qolları Eli Krupi (17-ci dəqiqə) və Aleks Skott (74-cü dəqiqə) öz aktivinə yazdırıb. London təmsilçisinin yeganə qoluna isə 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Viktor Dyokereş imza atıb.
Bununla da "Bornmut", İngiltərə Premyer Liqasında yanvarın 25-dən bəri "Arsenal"a ilk məğlubiyyətini yaşadıb.