00:00:00
Yazar
Admin User
29.10.2025 13:50 116 2 dəq oxuma
Dünya

İngiltərə və Almaniya nüvə əməkdaşlığı ideyasını müzakirə edir

İngiltərə və Almaniya nüvə əməkdaşlığı ideyasını müzakirə edir

“The Daily Telegraph”ın məlumatına görə, Böyük Britaniya hərbi rəhbərliyi Almaniya ilə nüvə silahından birgə istifadə təşəbbüsünü dəstəkləyir. Yüksək rütbəli hərbçilər və keçmiş NATO rəhbərləri Londona Berlinlə yeni müdafiə paktı üzrə danışıqlara başlamağı təklif ediblər. Bu ideya, ABŞ-nin gələcəkdə Avropa təhlükəsizliyindəki rolunun azalacağı ilə bağlı narahatlıqlar fonunda irəli sürülüb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Tramp artıq dəfələrlə bəyan edib ki, o heç bir dövlətə görə ABŞ maraqlarını təhlükə altında qoymaq niyyətində deyil:

 

"Əgər Ukrayna Rusiya ilə müharibə aparırsa bu ABŞ-nin yox, Avropanın problemidir. Tramp bu yanaşma ilə Avropanın özünün təhlükəsizlik problemlərini həll etməli olduğunu bildirir. Bu isə Avropa ölkələrini alternativlər axtarmağa vadar edir. Böyük Britaniya və Almaniya arasında mümkün nüvə əməkdaşlığının müzakirəsi bu prosesin tərkib hissəsidir. İki ölkə arasında razılaşma olarsa, Almaniya Rusiyanın nüvə təhdidlərini müəyyən qədər neytrallaşdıra bilər. Digər Avropa dövlətlərinin də eyni addım atacağını proqnozlaşdırmaq olar. Qeyd edim ki, bu anlaşma Azərbaycanla Türkiyənin Şuşa bəyannaməsini xatırladır. Böyük ittifaqların ciddi problemlər qarşısında işlək olmadığı vaxtda Şuşa bəyannaməsinin imzalanması dünyaya nümunə oldu. Və bu nümunənın effektivliyi digər ölkələrin analoji addımlar atmasına səbəb olur. 

 

ABŞ-nin Avropa təhlükəsizliyində rolunun azalması NATO daxilində etibarsızlıq mühiti yaradır. Artıq NATO onları qorumur və bu təşkilat təhükəsizlik çətiri rolunu oynamır fikiri yaradır. Belə vəziyyətdə Avropa ölkələri NATO-nun ikinci ən güclü ordusuna malik Türkiyənin önəmini artırır. Bu səbəbdən də Avropa dövlətlərinin Ankaraya marağının artdığının şahidi oluruq".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər