00:00:00
Yazar
Admin User
10.09.2025 14:40 65 1 dəq oxuma
Dünya

İngiltərədə İsrail Prezidenti İsxak Hersoqun həbsinə dair məhkəməyə müraciət edilib

İngiltərədə İsrail Prezidenti İsxak Hersoqun həbsinə dair məhkəməyə müraciət edilib

 

İngiltərədə Fələstin tərəfdarı təşkilatlardan olan Əl-Əqsa Dostları qrupu İsrail Prezidenti İsxak Hersoqun həbsinə dair məhkəməyə müraciət edib.

 

Təşkilatın sədri İsmail Patel yazılı açıqlamasında bildirib ki, Hersoq Qəzzada mülki şəxslərə qarşı həyata keçirilən hücumları təşviq etməkdə ittiham olunur və bu səbəbdən ona qarşı cinayət işi qaldırılması tələb edilib.

 

Patelin sözlərinə görə, baş prokurorluğa təqdim edilən müraciət İsrail Prezidentinin 2023-cü ilin 12 və 15 oktyabr tarixlərində verdiyi bəyanatlara əsaslanır. Onun açıqlamalarında Qəzzadakı mülki əhaliyə və infrastruktur obyektlərinə qarşı hücumların açıq şəkildə dəstəkləndiyi iddia olunur.

 

“İngilis siyasətçiləri Fələstinliləri müdafiə etməkdə və qanunun aliliyini təmin etməkdə uğursuz olub. Məhkəmələrin artıq bu boşluğu doldurmaq imkanı var. Herzogun, vəzifəsindən asılı olmayaraq, mülki şəxslərə qarşı törədilən hücumlarla bağlı cavab verməsi vacibdir. Beynəlxalq Cinayət Məhkəməsinin də qeyd etdiyi kimi, bu cür hallarda toxunulmazlıq yoxdur”, – deyə Patel əlavə edib.

 

Qeyd edək ki, İsrail Prezidenti İsxak Hersoq 10–12 sentyabr tarixlərində Böyük Britaniyada rəsmi səfərdə olacaq.

 

TRT XƏBƏR

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər