İngiltərədə uşaqlar arasında geniş yayılan birdəfəlik elektron siqaretlər qadağan ediləcək
Böyük Britaniya hökuməti gənclər arasında elektron siqaret istifadəsinin artması ilə mübarizə planının bir hissəsi olaraq birdəfəlik elektron siqaretlərin qadağan ediləcəyini açıqlayıb. Birdəfəlik istifadə olunmayan elektron siqaretlərin uşaqlara satılması və yetkinlik yaşına çatmayanlara satışının qarşısının alınması istiqamətində də tədbirlər görüləcək.
Siqaret və sağlamlıqla bağlı fəaliyyət göstərən xeyriyyə təşkilatı ASH-nin məlumatına görə, 11-17 yaş arasında müntəzəm və ya fasiləli elektron siqaret istifadə nisbəti yüzdə 7,6-dır. 2020-ci ildə bu rəqəm 4,1 olub.
Böyük Britaniyanın baş naziri Rişi Sunak elektron siqaretin istifadəsinin hazırda uşaqlar arasında ən çox narahatlıq doğuran tendensiyalardan biri olduğunu və geniş yayılmadan tədbir görülməli olduğunu bildirib.
Sunakın bu gün məktəb səfəri zamanı profilaktika planını açıqlaması gözlənilir.
Keçən il Böyük Britaniyada “siqaretdən azad nəsil” yaratmaq təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışının qadağan ediləcəyi açıqlanıb.
Aynur Babayeva
