İngiltərəni ziyarət edən İsrail prezidenti Londonda etiraz edilib!
Qatil İsrail işğalçı qüvvələrinin Qəzzada davam edən qırğınları regionda humanitar böhranı daha da şiddətləndirdiyi halda, sionist təşkilat indi Qətərin paytaxtı Dohaya zərbə endirib. Bu hadisədən sonra Böyük Britaniyanın baş naziri Keir Starmer Londonda səfərdə olan İsrail prezidenti İsaak Hersoqla etirazlar fonunda görüşüb.
Məlumata görə, o, İsrailin Qətərə hücumunu pisləyib və Qəzza ilə bağlı narahatlığını dilə gətirib.
İngiltərə Baş Nazirinin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, Londonda Herzoqu qonaq edən Starmer İsrailin Qətərdə Həmas danışıqlar qrupuna hücumunu pisləyib.
A Haber
Cavahir Əsgərbəyli