00:00:00
Yazar
Admin User
24.12.2025 17:49 119 2 dəq oxuma
Siyasət

İnkarla üz-üzə: Ermənistanın hərbi cinayətləri Bakı məhkəməsində

İnkarla üz-üzə: Ermənistanın hərbi cinayətləri Bakı məhkəməsində

Bakı Hərbi Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı cinayət işi üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan son sözlə çıxış edib. O, 2016-cı ilin Aprel döyüşləri və digər epizodlarla bağlı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Fuad Heydər bildirib ki, Azərbaycan ərazisində ərazi bütövlüyünə qarşı aparılan Ermənistanın qanunsuz müharibəsi və fəaliyyəti istər 1991-ci ildən bu günə qədər, istər Aprel döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində birmənalı şəkildə cinayət xarakteri daşıyıb:

 

“Ən başlıca cinayətlərdən biri 1991-ci ildə Qarabağın işğalı zamanı törədilib. Həmin işğalçılıq siyasətini sonradan öz üzərlərindən atmağa çalışsalar da, Azərbaycan torpaqlarının təxminən 25 faizini işğal etməyə başlamışdılar və bu cəhdləri qismən də olsa uğurlu alınmışdı. Lakin Azərbaycan Silahlı Qüvvələri bunun qarşısını almağı bacarmışdı. 2016-cı ilin Aprel döyüşlərində, təbii ki, Ermənistan ordusu səfərbər olmuşdu. Kimsənin "orada olmuşam və ya olmamışam" deməsi əsas faktor deyil. Çünki əgər bir şəxs Ermənistan Silahlı Qüvvələrinin əməkdaşıdırsa və həmin orduda hərbi xidmətdə olubsa, birmənalı şəkildə Azərbaycana qarşı törədilmiş terror və cinayətlərdə məsuliyyət daşıyır. Azərbaycan hökuməti beynəlxalq hüquq müstəvisində bütün məsələləri araşdırır. 44 günlük Vətən müharibəsindən sonra əsir düşmüş bəzi ermənilər geri qaytarılıb. Lakin məhkəmə qarşısına çıxarılan şəxslər təsadüfi deyil. Əgər həmin şəxslərin cinayəti olmasaydı, onlar da əsir mübadiləsi zamanı qaytarılardı.

Həbs edilən şəxslər antiterror tədbirləri zamanı saxlanılıb və onların terror fəaliyyətində iştirak etməsi birmənalıdır. Əgər onlar Azərbaycanın Qarabağ ərazisində iddiaları yox idisə və Aprel döyüşlərində iştirak etmirdilərsə, Qarabağda nə işləri var idi? Azərbaycanın ərazi bütövlüyünə zərər vurmaq istəyən hər bir şəxs terrorçudur. Onların verdiyi açıqlamaların məhkəmə prosesinə təsiri hüquqi müstəvidə qiymətləndirilməlidir. Bu da istintaq prosesinin predmetidir. İstintaqın nəticəsinə uyğun olaraq qərar veriləcək. Aprel döyüşlərində iştirak edib-etməməsi mahiyyəti dəyişmir. Hər hansı döyüşdə iştirak edibsə, bu artıq əlinin qana batması deməkdir. Azərbaycan vətəndaşına və ya Azərbaycan əsgərinə qarşı zorakılıq törətmiş hər kəs birmənalı şəkildə terrorçudur və hüquqi cavabını verməlidir. Bu məhkəmə prosesi Azərbaycanın beynəlxalq hüquq müstəvisində mövqelərini daha da möhkəmləndirir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində güclənməkdədir. Həmin şəxslər döyüş zamanı saxlanıla bilərdi, lakin bu baş vermədi. Onlar Azərbaycanın ərazi bütövlüyü 44 günlük Vətən müharibəsi nəticəsində təmin edildikdən sonra tutulub və hazırda istintaq təcridxanasında qanun çərçivəsində məhkəmə prosesi keçirilir.

Hesab edirəm ki, prosesin sonunda beynəlxalq hüquq müstəvisində hüquqi cavab veriləcək".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər