00:00:00
Yazar
Admin User
24.08.2023 14:19 534 2 dəq oxuma
Dünya

"İnsan gigiyena kimi Kiber Təhlükəsizlik təmizliyinə də diqqət yetirməlidir" Fərid Kazımov

"İnsan gigiyena kimi Kiber Təhlükəsizlik təmizliyinə də diqqət yetirməlidir" Fərid Kazımov

Son vaxtlar sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri Azərbaycanda "whatsapp" istifadəçilərinin hesablarının oğurlanmasıdır. Bu hal artıq qlobal problemə çevirilib.


Bəs, istifadəçilər hesablarının oğurlanmasının qarşısını necə ala bilər?
Hesab oğurlandıqdan sonra nə etmək lazımdır?


İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov informator.aza açıqlamasında suallarımızı cavablayıb:


"Sosial şəbəkə hesablarını oğurlayan cinayətkarlar hər zaman mövcud olub, lakin son vaxtlar isə bu problem ciddi formada üzə çıxıb. Bu hala ən çox "whatsapp" və "telegram"-da təsadüf edilir. Bunun əsas səbəbi insanların Kiber Təhlükəsizliyə diqqət yetirməməsidir. Bu halı belə izah etmək olar ki, insan öz gigiyena qaydalarına diqqət etdiyi kimi Kiber Təhlükəsizliyin təmizliyinə də diqqət yetirməlidir.
Hesabların oğurlanması halı isə cinayətkarların istifadəçilərə sms vasitəsilə gələn təsdiq kodunu oğurlamasıyla baş verir. Bu kod şəxsi məlumatdır və qorunmalı, yayılmamalıdır".

 

Ekspert məsləhət görür ki, "whatsapp"a rəqəmsal şifrə tətbiq edilsin: "Bu şifrə vasitəsilə hesabların oğurlanmasının qarşısı alına bilər. Başqa bir yol olaraq, "whatsapp" üçün pin kod tətbiq edin. Bunu "whatsapp"ın texniki göstəricilərindən etmək mümkündür. Ümumiyyətlə, şəxsi məlumatlarınızı qorumaq üçün telefonunuzun şifrəsi olmasını məsləhət görürəm. Hesabı oğurlanan istifadəçi "whatsapp" şirkətinə müraciət etsin. Düşünürəm ki,"whatsapp" bu problemi həll etmək üçün yeni alqoritma tətbiq edəcək, lakin istifadəçilər belə halların qarşısını almaq üçün Kiber Təhlükəsizliyə diqqət yetirməlidirlər".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər